Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri Türkiyədə keçirilən simpoziumda iştirak ediblər

Gömrük Akademiyasının tələbələri Türkiyədə keçirilən simpoziumda iştirak ediblər

Türkiyənin Altınbaş Universitetində “Qadın və hüquq” mövzusunda simpozium keçirilib. Altınbaş Universitetinin professor-müəllim heyətinin və tələbələrinin iştirakı ilə keçirilən simpoziumda Akademiyanın hal-hazırda mübadilə proqramı ilə həmin universitetdə təhsil alan tələbələri də iştirak ediblər.

Simpoziumda  qadınların cəmiyyətdəki mövqeyi, qadınların hüquqlarının qorunması və s. kimi mühüm mövzularda çıxışlar dinlənilib, bu sahədəki problemlər müzakirə olunub.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar ətraflı olaraq cavablandırılıb.